Trampın etmədiyini Bayden edəcək: Ağ Evə dəvət etdi

07.01.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Co Bayden andiçmə mərasimindən əvvəl varisi Donald Trampı Ağ Evdə qəbul edəcək və onun tədbirində iştirak edəcək.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.

"Mən növbəti prezidenti yanvarın 20-də səhər Ağ Evə dəvət etdim və həmin gün gündüz vaxtı onun andiçmə mərasimində olacağam", - deyə Bayden bildirib.

Qeyd edək ki, 2021-ci ildə Tramp Baydenin andiçmə mərasiminə qatılmaqdan imtina etmiş və onun saxta seçki nəticəsində qalib gəldiyini iddia etmişdi.

Xatırladaq ki, ABŞ-də prezident seçkisi 2024-cü il noyabrın 5-də keçirilib. Tramp ABŞ-nin 47-ci prezidenti seçilib. Onun andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью