Trampın Floridadakı iqamətgahını robot it qoruyur VİDEO

08.11.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahını robot it qoruyur.
Bizim.Media xəbər verir ki, bu barədə videonu NBC kanalı yayımlayıb.
Bildirilib ki, seçkidən sonra Trampın malikanəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Həmçinin sahil mühafizəsinə nəzarət də artırılıb.
Telekanal diqqəti Amerika hüquq-mühafizə orqanlarının əməkdaşlarının mühafizə tədbirlərini təmin etmək üçün robot itlərdən daha çox istifadə etməsinə yönəldib.
“Washington Post”un yazdığına görə, on minlərlə insan ABŞ prezidentinin andiçmə mərasimi ərəfəsində Vaşinqtonda toplaşaraq Ağ Evin yeni rəhbəri Donald Trampa və onun siyasi prioritetlərinə etiraz edəcək. 
“Vaşinqtonda xalq yürüşü” adlanan nümayiş yanvarın 18-nə planlaşdırılıb.

Nilay, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью