Trampın gəlini onu əvəz edə bilər

15.11.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp Senatda dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Florida ştatından senator Marko Rubionu əvəz edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” yazıb.

Televiziya kanalına verdiyi müsahibədə Lara Tramp bildirib ki, o, Florida xalqına xidmət etməkdən şad olacaq.

Florida ştatının keçmiş qubernatoru Rik Skot qeyd edib ki, o, ştatın hazırkı qubernatoru Ron DeSantisin Lara Trampı ştatdan senator təyin edəcəyinə ümid edir. O, Laranın yaxşı senator olacağını və dövlətin maraqlarını layiqincə təmsil edəcəyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью