Trampın gəlişi Ukraynada nəyi dəyişəcək? Lavrov

14.11.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Donald Trampın prezident seçkilərində qələbəsi ABŞ-ın Ukrayna böhranına münasibətini dəyişməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov vurğulayıb ki, Vaşinqton hər şeyi öz nəzarətində saxlamaq niyyətindədir:

"Vaşinqtonun Ukrayna münaqişəsinə, hətta Avropa məsələsinə fundamental münasibəti o mənada dəyişməyəcək ki, həmişə NATO məkanında baş verən hər şeyi öz nəzarəti altında saxlamağa çalışacaq. Avropa Birliyi isə indi hərbi-siyasi baxımdan NATO ilə eynidir. Bu, necə olacaq, onlar yeni şəraitdə öz nəzarət funksiyalarının həyata keçirilməsini necə təsəvvür edirlər – bu, müxtəlif üsullarla mümkündür. Mən ehtimal irəli sürmək istəmirəm. Lakin şübhə etmirəm ki, onlar bu prosesləri öz nəzarətlərində saxlamaq istəyəcəklər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью