Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Donald Tramp dövlət aparatını formalaşdırmağa başlayıb.
O, ən məsuliyyətli vəzifələrə qadınları təyin edir. Oxu.Az-ın verdiyi məlumata görə, aif.ru bunun səbəbləri barədə yazıb.
Nəşr xatırladıb ki, ekssentrik siyasətçinin 2016-cı ildəki ilk prezidentlik müddəti dinləmə qalmaqalı ilə başlayıb.
Prezident seçkisinə bir ay qalmış, 7 oktyabrda "The Washington Post" 2005-ci ilin sentyabrında Donald Tramp və aparıcı Billi Buşun qadınlar haqqında ədəbsiz söhbətini əks etdirən video və məqalə dərc edib.
Bu səbəbdən ölkənin, demək olar ki, bütün feministləri ona qarşı çıxıb.
İkinci müddətində Donald Tramp, sanki, zərif cinsi nə qədər yüksək qiymətləndirdiyini göstərmək istəyib - ən məsul vəzifələrə qadınları təyin etməyə başlayıb.
Onlardan bəzilərini təqdim edirik. Kristen Noem Yaş: 52 Tutacağı vəzifə: Daxili Təhlükəsizlik Departamentinin rəhbəri (nazir) Tutduğu vəzifə
O, siyasi karyerasına 2006-cı ildə Cənubi Dakota Nümayəndələr Palatasının üzvü kimi başlayıb.