Moderator.az saytına istinadən Icma.az xəbər verir. “Suriyada baş verənlər də Bayden komandasının İsraillə birlikdə oynadığı oyundur...” “Sö
Gürcüstanda gedən hadisələri Putin istəsə də, istəməsə də nəzarətində saxlamalıdır.
Təkcə o deyil, eyni ilə Azərbaycan da diqqətli olmalıdır. Çünki Aİ-nin Azərbaycanı görən gözü yoxdur.
Əllərindən gələni edirlər ki, ölkəmizi dünya ictimaiyyətinin gözündən salsınlar.
Gürcüstan Azərbaycana qapıdır və bu qonşu ölkə Azərbaycanın iqtisadi tərəfdaşıdır.
Qlobal siyasət nöqteyi-nəzərindən Suriyada baş verən hadisələrlə Ukrayna və Gürcüstanda baş verənlər arasında əlaqə göz qabağındadır.
Hər üç halda bu hazırkı ABŞ prezidenti Co Bayden komandasının oyunudur ki, yeni seçilmiş prezidenti Donald Trampı müharibə qarşısında qoysunlar.
Aydındır ki, Trampın hakimiyyətə gəlməsi dünyada qlobal sülhün təminatı deməkdir. Bunu isə nə Aİ, nə də Rusiya istəmir”.