Trampın haqqımda səsləndirdiyi ifadə... Leyen

09.05.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın mənim haqqımda səsləndirdiyi "əla lider" ifadəsindən məmnun qaldım.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Almaniyanın yeni kansleri Fridrix Merzlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Mən komplimentləri sevirəm. Prezident Trampla telefonda və Roma Papasının dəfn mərasimində yaxşı dialoqumun olduğunu düşünürəm. Amma mənim üçün vacib olan odur ki, Ağ Evə getsəm, müzakirə edə biləcəyimiz bir paket (AB-ABŞ münasibətləri ilə bağlı - red) var. Buna görə də mən konkret olmaq və hər ikimizin razılaşa biləcəyi bir həll yoluna sahib olmaq istəyirəm. Hazırda məqsədimiz budur”, - Leyen əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью