Trampın hədəfləri Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək AÇIQLAMA | Icma.az
Icma.az, Redaktor.az saytına istinadən bildirir. Misir və İordaniya ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan öz ölkələrinin ər
Ancaq Tramp Qəzzanın boşaldılması üçün bütün yollara əl atmaq niyyətindədir.
Bu məsələ nəinki Fələstində, artıq bütün dünyada narahatlığa səbəb olub. Bəs ABŞ liderinin Qəzza planı hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, Tramp administrasiyası Yaxın Şərqi yenidən dizayn etməyə çalışır: "Prezident Trampın açıqlamalarından belə anlaşılır ki, Amerika Birləşmiş Ştatları Qəzza bölgəsində fələstinlilərin yaşamasını istəmir.
Onu başqa ölkələrə köçürməklə bu problemi birdəfəlik ABŞ-nin və İsrailin maraqları çərçivəsində həll etməyə daha çox meyillidir.
Bu baxımdan bəzi ölkələrə, o cümlədən də Misir və İordaniyaya fələstinliləri öz ərazilərində qəbul etmələri üçün təzyiqlər göstərir.
Misir və İordaniya bundan imtina eləsə də, Trampın onlara qarşı bir təhdidi də var.
O təhdid ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları Misir və İordaniyaya göstərdiyi dəstəyi bundan sonra kəsə bilər.
Tam oxu
Xəbəri oxu