Trampın hədələri danışıqları DAYANDIRDI

22.06.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Trampın təhdidləri ABŞ-İran danışıqlarını dayandırıb, lakin danışıqlar hələ bitməyib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu CNN yazıb.

CNN-in mənbələrə istinadən verdiyi məlumata görə, bu, ABŞ Prezidenti Donald Trampın iranlıları qəzəbləndirdiyi və incə danışıqları pozduğu ilk hal deyil:

“ABŞ vitse-prezidenti Vensin Trampın onu "yeni bir səhifə açmaq və İran xalqı ilə münasibətlərimizi dəyişdirmək" üçün "diplomatik" missiyaya göndərdiyini bildirməsindən dərhal sonra Tramp İrana qarşı yenidən hücumlarla bağlı qeyri-diplomatik təhdidlər səsləndirdi.

İsveçrədəki keçirilən danışıqlarla tanış olan bir mənbəyə görə, bu, tvit yazılması üçün pis gün olub”. Beləliklə,  İran nümayəndə heyəti ABŞ və vasitəçilər Pakistan və Qətərlə dördtərəfli danışıqlardan imtina edib.

Trampın təhdidlərindən qısa müddət sonra İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Qalibaf “X” sosial media şəbəkəsində yazıb: 

"ABŞ sözlərini diqqətlə seçməlidir. Silahlı qüvvələrimiz onlara fərqli şəkildə cavab verməyə hazırdır".

İranlı mənbə CNN-ə bildirib ki, Trampın təhdidlərindən sonra ABŞ ilə danışıqlar dalana dirənib, lakin hələlik başa çatmayıb: 

“Diplomatik tərəfləri danışıqlar masasına qayıtmağa məcbur etmək üçün hazırda şəxsi danışıqlar davam edir”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın İranla yekun razılaşma əldə edilməsə, Hörmüz boğazından keçən gəmilərdən rüsum almaqla hədələyib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью