Trampın hədəsinə cavab: Şeynbaum meydan oxudu! | Icma.az
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağ Evin yeni sahibi Donald Trampın əsas hədələdiyi ölkələrdən biri cənub qonşusu Meksikadır.
Tramp müxtəlif ölkələrdən qaçqınların məhz Meksika üzərindən ABŞ-a daxil olduğunu bildirir, digər tərəfdən, Amerikaya gizli yollarla daşınan narkotik maddələrin də Meksika mənşəli olduğu qənaətindədir.
Bu gedişlə Tramp Meksikada istehsal olunan məhsullara gömrük tariflərini artırmaqla yanaşı, sərhəddən keçidlərin də qarşısını alacaq.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, ötən ilin oktyabr ayında Meksika prezidenti seçilən Klaudiya Şeynbaum da cavab tədbirləri hazırlayıb: “Meksika ABŞ-a boylanmadan azad və müstəqil xarici siyasət kursunu müəyyənləşdirməlidir” deyən xanım Şeynbaum buna nümunə kimi Kuba ilə artan tərəfdaşlıq münasibətlərini göstərib.
Məlumdur ki, Donald Tramp özündən əvvəlki demokrat prezidentlərdən fərqli olaraq, Kubaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsinin tərəfdarıdır.
Meksika isə son illərdə Kuba ilə əməkdaşlığı genişləndirib. Meksika hökuməti Kubaya ərzaq və yanacaq göndərir, kubalı peşəkar həkimlər isə b
Tam oxu
Xəbəri oxu