Trampın hücum ehtimalı 75 faizdir Ağ Evin sabiq müşavirindən neft qaz xəbərdarlığı

02.02.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


ABŞ Prezidenti Donald Trampın İrana mümkün hərbi əməliyyatı neft bazarlarını potensial ciddi bir sarsıntı ilə üz-üzə qoya bilər.

Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, “Rapidan Energy Group”un təsisçisi və Ağ Evin sabiq enerji müşaviri Bob MakNelli “CNBC”yə bildirib ki, yaxın günlərdə və ya həftələrdə ABŞ-ın İranda hərbi əməliyyat ehtimalı 75%-dir.
Sabiq müşavir xəbərdarlıq edib ki, bu dəfə bazarlar yalnız keçmiş təcrübəyə əsaslanmamalıdır: “Ötən il ABŞ-nin İranın nüvə obyektlərinə hücumu yalnız müvəqqəti qiymət artımına səbəb olmuşdu. Çünki neft infrastrukturuna toxunulmamışdı. Amma vəziyyət bu dəfə fərqli olacaq. Enerji daşımalarında ciddi pozulma riski baş verəcək”.
İran dekabrın sonundan bəri baş verən etirazları zorakılıqla yatıraraq on minlərlə insanın ölümünə səbəb oldu. Tramp rejimi protestçiləri öldürməməsi üçün hədələdi və etirazçılara isə yardımın yolda olduğunu bəyan edib. Ötən ay ABŞ hücumdan çəkinsə də, yaxınlarda bölgəyə aviadaşıyıcı gəmisinin gəlişi, mümkün əməliyyat gözləntilərini artırıb.
İranın gündəlik neft istehsalı 4,7 milyon barrel olub ki, bu da dünya neft təchizatının 4,4%-ni təşkil edir. Əsas ixracat kölgə donanması ilə Çinə həyata keçirilir. Bu dəfə ən böyük risk isə Hörmüz boğazının bağlanmasıdır. Buradan dünya neft və sıxılmış maye qazının (LNG) beşdə biri ixrac edilir. MakNelli ABŞ Hərbi Dəniz Qüvvələrinin hər hansı təhlükəni tezliklə aradan qaldıracağını düşüncəsinin səhv olduğunu bildirir.
Sabiq rəsmi xəbərdarlıq edir ki, Hörmüz boğazının bağlanması bir və ya iki gündən uzun davam edərsə, LNG bazarında dramatik qiymət artımı baş verə bilər: “Belə bir hal baş verərsə, bütün yük kontraktları üçün rekord həddə qiymət artımı müşahidə olunacaq”.
Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью