Trampın hücumu baha başa gəldi: ABŞ büdcəsini çökdürən rəqəmlər

13.05.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın husilərə qarşı başlatdığı hərbi əməliyyatın dəyəri bir ay ərzində 1 milyard dolları keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr yazır ki, bombardmanlar zamanı yüksək dəqiqlikli silahlardan geniş istifadə edilməsi ABŞ-ın hərbi ehtiyatlarına ciddi təsir göstərib. Pentaqondakı bəzi mütəxəssislər bu səbəbdən ABŞ-ın Tayvana qarşı mümkün Çin hücumunu dəf etmə qabiliyyətindən narahat olduqlarını bildiriblər.

Qeyd olunur ki, Tramp əməliyyatı mart ayının ortasında başladıb. Mayın əvvəlində isə ABŞ və husilər arasında razılaşma əldə olunub – razılaşmaya əsasən, Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyinə qarşılıqlı zəmanət müqabilində bombardmanlara son qoyulacaq.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью