Trampın iddiası ilə AB üçün dəhşətli 3 il başladı | Icma.az
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və Avropa arasında Qrenlandiyanın statusu uğrunda gərginliyin əsas səbəblərindən biri Donald Trampın prezidentliyi dövründə adaya qarşı irəli sürdüyü iddialardır.
Tramp Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıdığını əsas gətirir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Sultan Zahidov ABŞ–Avropa münasibətlərində Qrenlandiya ətrafında yaranan gərginlikdən danışarkən deyib.
Sultan Zahidov bildirib ki, Qrenlandiya Arktika hövzəsində yerləşməsi səbəbindən strateji baxımdan son dərəcə önəmlidir: “Xüsusilə dəniz nəqliyyatına nəzarət baxımından Qrenlandiya mühüm mövqedə yerləşir.
Regionda Rusiya və Çin gəmilərinin artan aktivliyi ABŞ-ın narazılığına səbəb olan əsas faktorlardandır.
Donald Trampdan əvvəl də, hətta son 100 il ərzində ABŞ-ın Qrenlandiyaya iddiası müxtəlif formalarda gündəmə gəlib.
Lakin indiki fərq ondadır ki, Tramp bu mövzuda son dərəcə sərt ritorikadan istifadə edir və hətta hərbi variantı belə istisna etmir.
Tam oxu
Xəbəri oxu