Trampın inaqurasiya mərasimi üçün 250 milyon dollar toplanıb

20.01.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bazar ertəsi inaqurasiya mərasimi üçün rekord məbləğdə 250 milyon dollar toplayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABC telekanalı mənbəyə istinadən məlumat yayıb.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Respublikaçıların əvvəlki inauqurasiyası üçün cəmi 107 milyon dollar toplanmışdı.
Televiziya şirkətinin məlumatına görə, Respublikaçıların inaqurasiya mərasimi iri texnologiya şirkətləri tərəfindən maliyyələşdiriləcək, onların rəhbərləri yanvarın 20-də Vaşinqtonda keçiriləcək tədbirdə iştirak edəcəklər. Onların arasında “Meta”, “Apple”, “Amazon”, “Google”, “Microsoft”, “OpenAI” və “Uber” şirkətləri var.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью