Trampın inaqurasiya tədbiri BAŞLADI VİDEO

20.01.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Xəbər verdiyimiz kimi bu gün ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, Tramp və həyat yoldaşı inaqurasiya tədbirlərinə Vaşinqtondakı Müqəddəs İoann kilsəsindəki ayində iştirak etməklə başlayıblar.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı ilk gün 100-ə yaxın sərəncam imzalamaq niyyətindədir.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp inamlı qələbə qazanıb. Respublikaçılar, eyni zamanda, Senata nəzarəti ələ keçirməyə, həmçinin Nümayəndələr Palatasında çoxluğu qoruyub saxlamağa nail olub.
 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью