Trampın inauqurasiya mərasiminə hazırlıqlar başladı

26.11.2024

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kapitolidə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyası üçün səhnə tikilməyə başlanıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə siyasətçinin keçid komandasının məlumatında bildirilib.
Qeyd olunur ki, Kapitoli təpəsinin qərb tərəfində qonaqların və mərasim iştirakçılarının yerləşəcəyi strukturun hissələri ucaldılır. Tədbir ənənəvi olaraq Kapitolidən Linkoln Memorialına qədər uzanan Milli Mallun bütün məkanından istifadə edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью