Trampın İran mesajı nefti bahalaşdırdı

30.09.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Neftin qiyməti ABŞ Prezidenti Donald Trampın İrana qarşı sanksiyaların yumşaldılması ilə bağlı razılaşma ehtimalını təkzib etməsindən sonra yüksəlib.

“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin bir barreli 1,11 faiz bahalaşaraq 103,73 dollara, “WTI” markalı neft isə 0,38 faiz artaraq 89,72 dollara çatıb.

Qiymət artımına Qətərin ABŞ və İran arasında danışıqları irəlilətmək üçün diplomatik səylər göstərməsi də təsir edib. Tramp isə İrana hər hansı güzəşt təklif etmədiyini bildirib.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью