Trampın İran planı sızdırıldı DETALLAR

15.01.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Prezident Donald Tramp milli təhlükəsizlik komandasına İrana qarşı potensial hərbi müdaxilənin həftələr və ya aylar davam edən uzunmüddətli müharibə də deyil, rejimə sürətli və qəti zərbə vurmaqda maraqlıdır. 

Ölkə.az  xəbər verir ki, bu barədə “NBC News”ə Ağ Evə yaxın  mənbələrə istinadən yazıb. 
Ağ Evdəki mənbə nəşrə  bildirib ki, Tramp İran qarşı hansısa hərbi müdaxilə planını reallaşdıracaqsa,  bunun qəti və qısa zamanda  istəyir. “Lakin Trampın müşavirləri indiyə qədər İran rejiminin ABŞ hərbi hücumu nəticəsində tez bir zamanda çökəcəyinə zəmanət verə bilməyiblər. Bundan əlavə Yaxın Şərqdə İranın qisasına qarşı çıxmaq üçün kifayət qədər hərbi güclərinin olmaması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bu dinamika Trampı ən azı ilkin olaraq İrana daha məhdud hərbi müdaxiləni təsdiqləməyə, lakin lazım gələrsə, hərbi əməliyyatlara başlamaq seçimini saxlamağa vadar edə bilər. Vəziyyət sürətlə inkişaf edir və  hələlik heç bir qərar verilməyib”, - nəşr yazıb.

ABŞ mediası xəbər verir ki, Tramp özünün yüksək səviyyəli milli təhlükəsizlik müşavirlərindən İrana qarşı potensial əməliyyatda rejimə "sürətli və qətiyyətli zərbə" endirməyi və həftələr və ya aylar davam edən uzunmüddətli münaqişəyə səbəb olmadan təmin etməyi xahiş edib.
Nəşr onu da qeyd edib ki, çərşənbə axşamı Miçiqandan qayıtdıqdan sonra Tramp vitse-prezident Ceyms Devid Vensin sədrliyi ilə İranla bağlı keçirilən görüşdə iştirak edib. Ağ Evdə saatlarla davam edən görüşlərdə həmçinin İrana hücum halında ABŞ-ın hərbi hədəflərinin hansılar olacağı və Tehranın necə cavab verə biləcəyi də müzakirə olunub.

"ABŞ Mərkəzi Komandanlığı Tramp üçün hərbi variantlar hazırlayıb. Bu variantlar ona son günlərdə təqdim edilib və indi  daha da təkmilləşdirilib", - nəşr yazıb.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью