Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ İranın Pikakse (İsfahan yaxınlığındakı Kuhe Kolanq dağı) dağındakı nüvə obyektinə gələcək zərbə üçün mümkün hədəf kimi baxır.
“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp “Newsmax”-a müsahibəsində belə deyib.
“Ora getməli ola bilərik. Buna cəhd edəcəyik. Tez bir zamanda bacaracağıq”, -deyə Tramp qeyd edib.
O, ABŞ quru qoşunlarının belə bir hücumda iştirak etməsi üçün heç bir plan olmadığını əlavə edərək, “Xeyr, mən bunu görmürəm”, - deyə cavab verib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin