Trampın İrana hücum edəcəyi ilə bağlı yeni açıqlama: Pol Qobldan mühüm proqnoz ÖZƏL

24.01.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Globalinfo.az ABŞ-ın Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl ilə müsahibəni təqdim edir:

– Donald Tramp ABŞ-a məxsus qüvvələrin İrana doğru hərəkət etdiyini deyib. ABŞ İrana hücum edəcəkmi?

ABŞ-ın yaxın zamanda İrana genişmiqyaslı hücum edəcəyinə şübhə edirəm, ancaq kiçik hərbi əməliyyatlar mümkündür.

Ukrayna müharibəsi ilə bağlı proqnozunuz nədir? Rusiya istəyinə çatacaqmı və bu halda, Cənubi Qafqazı, xüsusilə Azərbaycanı nə gözləyir?

Rusiya passiv bir Ukrayna görməyə ümid edir, amma buna nail olmayacaq. Ukraynalılar hökumətin razılaşmağa məcbur qaldığı hər şeyə müqavimət göstərəcək və bu da Kreml diktatoruna qələbə qazandırmayacaq.

Pol Qobl

– “Sülh Şurası” Qəzzada sülhü təmin edə biləcəkmi?

– Xeyr, çünki onun hər iki tərəfi də razılığa gətirmək üçün səlahiyyəti və ya gücü olmayacaq.

– Qrenlandiya böhranı necə nəticələnə bilər?

– Düşünürəm ki, ABŞ hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək və nadir torpaq mineralları axtaracaq. ABŞ Konqresi Trampı xəbərdarlıq edib ki, əgər Qrenlandiyanı ələ keçirmək üçün orada hərbi gücdən istifadə etməyə çalışsa, bu, onun prezidentliyinin sonu olacaq.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью