Trampın İrana qoydğu şərt nədir?

30.05.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

İran ABŞ-la danışıqların davam etdirilməsi üçün dondurulmuş aktivlərindən 12 milyard dolların qaytarılmasını əsas şərt kimi irəli sürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın açıqlamalarında qeyd etmədiyi ən vacib məqam məhz İranın bloklanmış aktivlərinin bir hissəsinin qaytarılması ilə bağlıdır.

“Razılaşmanın ən mühüm hissəsi Trampın qeyd etmədiyi məqamdır – İranın dondurulmuş aktivlərindən 12 milyard dollar dərhal geri qaytarılmalıdır. Razılaşmanın mətninə uyğun olaraq bu məbləğ təxirəsalınmadan ödənilməlidir və ödəniş həyata keçirilməyənə qədər İran əlavə danışıqlara getməyəcək”, – mənbə bildirib.

Xatırladaq ki, ABŞ prezidenti daha əvvəl bildirib ki, Vaşinqton və Tehran arasında hazırlanan anlaşma memorandumunun müddəalarının böyük hissəsi artıq razılaşdırılıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью