Trampın İranı məhvetmə vədinin icrasına başlanılır

02.10.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pentaqon Yaxın Şərqə 10 min əsgər göndərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Bölgəyə üçüncü təyyarədaşıyan zərbə qrupu və əlavə dəniz piyada gəmiləri göndəriləcək. Yeni əsgərlərin, piyadaların və qırıcı təyyarələrin noyabr ayının sonuna qədər Yaxın Şərqdə olacağı gözlənilir.

Donlad Tramp daha əvvəl İranla bağlanan müqaviləyə artıq inanmadığını və İslam Respublikasının məhv edilməsi ehtimalını nəzərdən keçirdiyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью