Trampın İranı təhdid etməsindən sonra neft bahalaşdı

28.01.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt açıqlamasından sonra neftin qiyməti artıb.

Moderator.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün "Brent" markalı xam neftin füçerslərinin qiyməti təxminən 1% artaraq, bir barel üçün 68.19 dollara çatıb.

Bakı vaxtı ilə saat 16:10-a olan məlumata görə, "Brent" neftinin qiyməti 0.06% artaraq, 67.61 dollara çatıb.

ABŞ liderinin açıqlamasından sonra, Bakı vaxtı ilə saat 16:12-yə qədər "Brent" neftinin qiyməti 0.92% artaraq, bir barel üçün 68.19 dollar olub.

Daha sonra, Bakı vaxtı ilə saat 16:28-ə qədər "Brent" neftinin qiyməti korreksiya olunaraq, 0.33% artımla bir barel üçün 67.79 dollara çatıb.

2026-cı ilin mart ayında çatdırılma üçün WTI markalı xam neftin qiyməti isə bir barel üçün 62.71 dollar (+0.71%) təşkil edib.

Qeyd edək ki, Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Linkoln" aviadaşıyıcı gəmisinin rəhbərlik etdiyi xüsusi qrupun Venesueladakı əməliyyata bənzər şəkildə İrana qarşı hücuma keçməyə hazırlaşdığını bəyan edib. ABŞ lideri, həmçinin İran nümayəndələrinin nüvə silahlarından imtina ilə bağlı razılaşmaya qol qoyacaqlarına inandığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью