Bizim media saytına istinadən Icma.az xəbər verir.
ABŞ və İran arasında danışıqlar qüvvədədir.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Leavitt “Fox News” telekanalına müsahibəsində bildirib.
“Uitkoff bu həftə iranlılarla danışıqlar aparmağa hazırlaşır. Hazırkı vəziyyətə görə, danışıqlar hələ də plan üzrə qalır”, - deyə Leavitt qeyd edib.
O, həmçinin vurğulayıb ki, ABŞ prezidentinin İranla bağlı masada bir sıra planları var və bunlara hərbi gücdən istifadə ehtimalı da daxildir.
Bizim.Media