Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən gedib

01.02.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı sahibkar Mark Savaya ABŞ prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk edib. O, yanvarın 23-nə planlaşdırılan Bağdad rəsmiləri ilə danışıqları əvvəlcədən ləğv edibmiş.

APA xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Savaya ölkədə əsas vəzifələrlə, o cümlədən 2006-cı ilin mayından 2014-cü ilin avqustunadək baş nazir vəzifəsini icra etmiş Nuri əl-Malikinin yenidən baş nazir postuna seçilməsi ehtimalı ilə bağlı məsələlərdə “pis idarəetmə” səbəbindən vəzifəsini itirmiş ola bilər. Donald Tramp qeyd edib ki, bu proiranlı siyasətçinin hökumət başçısı təyin edilməsi İraqı xaosa və yoxsulluğa sürükləyəcək. Onun sözlərinə görə, ABŞ-ın köməyi olmadan İraqın “uğur, rifah və azadlıq şansı olmayacaq”.

Məlumata görə, hazırda Trampın Suriya üzrə xüsusi nümayəndəsi olan Tom Barrak gələcəkdə Savayanın varisi ola və Dövlət Departamentinin İraq üzrə fəaliyyətinə rəhbərlik edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью