“Trampın işi çətin olacaq” “Politico” yazır KONKRET

25.11.2024

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Donald Tramp Rusiya – Ukrayna müharibəsinə son qoymaq niyyətindədir, lakin beynəlxalq vəziyyətin dəyişməsi səbəbindən onun işi çətin olacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşr qeyd edib ki, Tramp yeni beynəlxalq vəziyyətlə üzləşməli olacaq.

Nəşr yazır ki, Tramp sövdələşmə təklif etməklə Ukraynadakı müharibəni 24 saat ərzində bitirə biləcəyini iddia edir. Siyasətçi planlaşdırır ki, bu sövdələşmənin bir hissəsi kimi Kiyev sülh müqabilində ərazilərini verə və NATO-ya üzvlükdən imtina edə bilər.

Xatırladaq ki, Tramp seçkilərdən əvvəl qalib gələcəyi halda Rusiya – Ukrayna müharibəsini bitirəcəyinə söz verib. O, səlahiyyətlərinə 2025-ci ilin yanvarın 20-də başlayacaq.

Məlik,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью