Trampın jurnalistlərə fərqli yanaşması | Icma.az
Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, prezident Donald Trampın namizədi olan Daffi “Boeing” aviaşirkətinin 2024-cü ildə baş verən fövqəladə hava hadisəsindən sonra əvvəlki səviyyəyə qayıtmaq üçün “güclü dəstəyə” ehtiyacı olduğunu bildirərək, şirkət uçuş təhlükəsizliyini yaxşılaşdırmayana qədər əlavə “737 MAX” təyyarəsinin istehsalını təsdiqləməyəcəyinə söz verib.
Milyardlarla dollar xərclənməmiş infrastruktur fondlarına nəzarət edəcək Şon Daffi vəzifəyə gəldikdən sonra Trampın komandasında yer almış milyarder İlon Maska məxsus olan “Tesla” şirkətinin təhlükəsizliklə bağlı davamlı yoxlamasının davam edəcəyini bildirib.
Qeyd edək ki, Şon Daffi hazırda “Fox Business” telekanalında “The Bottom Line” verilişinin aparıcısı, həmçinin “Fox News” nəşrində dərc olunan məqalələrin müəllifidir.
Respublikaçı Daffi 2011-2019-cu illərdə Viskonsin ştatının 7-ci Konqres dairəsi üzrə ABŞ-nin nümayəndəsi vəzifəsində çalışıb.
Konqresdən ayrıldıqdan sonra o, lobbiçilik fəaliyyətilə məşğul olub.
Amma Daffidən fərqli olaraq ABŞ-nin yeni prezidentinin qəzəbinə tuş gəlmiş “CNN” telekanalının jurnalist-aparıcısı Cim Akostanın “bəxti” gətirməyib.
18 il telekanalda çalışmış və “CNN Newsroom” verilişinin aparıcısı olmuş Cim Akosta sonuncu verilişində tamaşaçıları “tirana boyun əyməməyə” və “həqiqətdən və ümiddən yapışmağa” çağırıb.
Tam oxu
Xəbəri oxu