Trampın Kanada və Qrenlandiya ilə bağlı planı 20 faizdən az dəstək alıb Sorğu | Icma.az
Icma.az, Bizimyol portalına istinadən məlumat verir. ABŞ-da keçirilən sorğuda prezident Donald Trampın Kanada və Qrenlandiyaya nəzarəti ələ
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, "The Hill"ın verdiyi məlumata görə, 20-24 mart tarixləri arasında keçirilən sorğuda 1677 nəfə
Sorğu iştirakçılarının yalnız 17 faizi Kanadanın 51-ci ştat olmasına müsbət yanaşır, 57 faizi isə əleyhinədir.
Qrenlandiyanın ölkəyə daxil edilməsinə dəstək 19 faiz səviyyəsində qalıb, respondentlərin 49 faizi isə bu variantı bəyənməyib.
Anketdə, Kanada ilə bağlı qərarsız qalanların yüzdə 26-ı, Qrenlandiyaya münasibətdə bu nisbət yüzdə 32 olub.
Digər tərəfdən, respondentlərin 43 faizi prezident Trampın vəzifədə olduğu ilk iki ay ərzində “ölkənin ən mühüm problemlərinə diqqət yetirdiyini”, 45 faizi isə “daha ​​az vacib məsələlərə diqqət yetirdiyini” bildirib.
Tramp vəzifəyə qayıtdıqdan sonra Danimarka Krallığının muxtar bölgəsi olan Qrenlandiyanı ölkəsinin nəzarəti altına almaq və Kanadanı ABŞ-ın 51-ci ştatı kimi daxil etmək istəyini tez-tez dilə gətirib.
Qadir, Bizimyol.info Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu