Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib

13.01.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, Bennon Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər sahibkar və milyarder İlon Maskı Ağ Evdən “qovmağa” çalışacağını bildirib.
“Onun Ağ Evə tam girişi olmayacaq. O, hamı kimi olacaq. “Texno-feodalizm” tərəfdarı olan İlon Maska Cənubi Afrikadakı vətəninə qayıtmağı tövsiyə edirəm. Onun yeganə məqsədi “trilyonçu olmaq” arzusudur”, - Trampın sabiq müşaviri iddia edib.
İlon Mask Trampın seçki kampaniyasına nə qədər xərcləyib? Xatırladaq ki, “Tesla” şirkətinin təsisçisi və sahibi , amerikalı milyarder İlon Mask Donald Trampın seçki kampaniyasına 250 milyon dollardan çox pul xərcləyib. Mediada yayımlanan xəbərlərə görə, ABŞ-nin gələcək prezidentinin xarici liderlərlə telefon danışıqlarında da iştirak edən sahibkar yeni administrasiyanın formalaşmasına təsir göstərir. Mənbələr siyasətçinin komandasında Maskın bu proseslərdə həddən artıq fəal iştirakından narazılıq yarandığını iddia edirlər.
2024-cü ilin sonunda “The New York Times (NYT)” qəzeti Maskın Donald Trampın Floridadakı “Mar-a-Laqo” malikanəsinin ərazisində icarəyə götürdüyü koteclərdən birində yaşadığını yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью