Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın ərazi genişləndirilməsi ilə bağlı zarafatları Vaşinqtonun nüfuzlu “Alfalfa Club”ındakı ziyafətdə iştirakçılar tərəfindən birmənalı qarşılanmayıb.
“Qafqazinfo” “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Ağ Ev rəhbəri ABŞ-nin Qrenlandiyanı almaq niyyətini bir daha gündəmə gətirib.
Tramp zarafatla təkcə bu adanı deyil, həmçinin Kanada və Venesuelanı da ABŞ-nin ştatlarına çevirmək istədiyini bildirib. O, hətta Qrenlandiyaya “müdaxiləyə şəxsən nəzarət etmək” üçün çıxışına fasilə verməli ola biləcəyini deyib.
Qəzetin yazdığına görə, Amerika liderinin “stand-up” formatında hazırladığı çıxış bir çox məqamda zalda sükutun yaranmasına səbəb olub. Tramp özü isə müxbirlərə açıqlamasında sözügedən nitqi sadəcə “komediya axşamı” adlandırıb.
Xatırladaq ki, Tramp bundan əvvəl də Kanadanın ABŞ-yə qoşulmasının ölkəni Rusiya və Çin təhlükəsindən qoruyacağını iddia etmiş və Qrenlandiya məsələsində “bir çox detalda razılığa gəlindiyini” bildirmişdi.