Trampın köməkçisi: Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır

16.03.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır. Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh müqaviləsini razılaşdırması bizi məmnun edir".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts bildirib.

O, "X"də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə bu həftə baş tutan danışığı barədə məlumat verib.

"ABŞ-in qızıl dövrü dünyaya sülh və rifah gətirəcək, bu baş verənə qədər çalışmağa davam edəcəyik", - deyə Volts qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью