Icma.az bildirir, Yenicag saytına əsaslanaraq. “Trampın qoyduğu yardım qadağaları Zelenskini masaya gətirmək üçün idi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
O, Trampın dünən gecə Konqresdə etdiyi çıxışda Ukraynanı masaya dəvət etməsini şərh edib.
Analitik bildirib ki, Trampın qadağalarını Qərb də dəstəkləmək məcburiyyətində idi: “Donald Trampın Ukrayna müharibəsini bir neçə saat ərzində dayandırmaq fikirləri seçkiöncəsi dövrə hesablanıb.
Hazırda da bu vədi yerinə yetirmək üçün əlindən gələni edir.
Hətta, Ukrayna torpaqlarının itirilməsi, Ukraynaya hərbi yardımları dayandırılması ABŞ-nin daha çox bu müharibəyə sərmayə yatırılmasının qarşısını alınması bahasına siyasət yürüdülür.
Digər tərəfdən, bir sıra kəşfiyyat və kiberyardımlar da daxil olmaqla, Ukraynaya bütün növ hərbi yardımlar dayandırılıb.
Ardınca Avropa İttifaqı da analoji addım atdı. Bu isə həm də Ukraynanı döyüş meydanında çox çətin vəziyyətə salır.