Trampın Krımı tanıması BMT ni məhv edə bilər

30.04.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ tərəfindən Krımın Rusiyanın bir hissəsi kimi tanınması BMT Nizamnaməsinə zərbə vuracaq və dünya nizamını təhdid edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Forbes" jurnalı amerikalı analitiklərə istinadən yazıb. 

Bildirilir ki, “ABŞ tərəfindən Krımın Rusiya ərazisi kimi tanınması BMT Nizamnaməsinə birbaşa hücum” olacaq.

"BMT mahiyyət etibarilə İkinci Dünya Müharibəsindən sonra sərhədlərin güc yolu ilə dəyişdirilməsi ideyasını rədd edən yeni dünya nizamını dəstəkləmək üçün yaradılıb", - məlumatda qeyd olunub. 

Bundan əvvəl Britaniyanın “The Telegraph” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp Krımı Rusiyanın mülkü kimi tanımağa hazırdır, çünki o, bunu Ukraynada sülhün əldə olunması üçün məqbul qiymət hesab  edir. 

Gülayə Mecid 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью