Icma.az, GlobalInfo saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Krımı Rusiyanın tərkib hissəsi kimi tanımağa hazır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə əvvəlcə “Bloomberg”, ardınca isə “CNN” məlumat yayıb.
Bundan əlavə, Trampın komandası Rusiya ilə danışıqları davam etdirmək niyyətindədir. Bu məqsədlə ABŞ nümayəndəsi Stiv Uitkoffun rusiyalı nümayənəd heyəti ilə yeni görüşü planlaşdırılır.
Bir neçə gün əvvəl Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşdən sonra o bildirib ki, Ukrayna ilə bağlı sülh razılaşması beş bölgəni əhatə edir və Kiyev üçün əsasən rusdilli əhalinin yaşadığı ərazilər prioritet olmamalıdır.
Aysel Əliyeva
Globalinfo.az