Trampın kürəkəni ilə bağlı planı

16.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kürəkəni Kuşner yeni administrasiyanın Yaxın Şərqdəki səylərində əsas rol oynayacaq.
Publika.az
xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kuşnerin rəsmi vəzifə tutması gözlənilmir. Buna baxmayaraq, o, Trampın regiondakı siyasətində “əsas fiqur” olacaq.
Bildirilib ki, Ağ Evin gələcək rəhbərinin kürəkəni Yaxın Şərqin bir çox liderləri ilə yaxşı münasibətlər saxlayır. Tramp bu əlaqələrdən istifadə etmək niyyətindədir. Öz növbəsində Kuşnerin də regionda maliyyə maraqları var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью