Trampın kürəkəni Ukrayna ilə bağlı görüş keçirəcək

09.11.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna, Avropa İttifaqı və NATO nümayəndələri ilə görüşəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kuşner “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, görüş noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək ABŞ, Rusiya və Ukrayna arasındakı üçtərəfli danışıqlardan əvvəl baş tutacaq:

“Görüşdə Ukrayna, Aİ və NATO ilə yanaşı, Almaniya, Fransa, Böyük Britaniya və İtaliya nümayəndələri də iştirak edəcəklər. Məqsəd Avropanın təhlükəsizliyi və Ukraynanın müharibədən sonrakı gələcəyi ilə bağlı son həftələr aparılan məsləhətləşmələri davam etdirməkdir”.

Qeyd edək ki, Əbu-Dabidə Vaşinqtonun vasitəçiliyi ilə keçiriləcək ikigünlük danışıqlarda əsas diqqət təhlükəsizlik məsələlərinə yönələcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, tərəflər Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyini müzakirə edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью