Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Belarus Prezidenti Aleksandr Lukaşenkoya sanksiyaların yumşaldılması müqabilində kütləvi şəkildə siyasi məhbusların azad edilməsini təklif edəcəyi iddia edilir.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, 12 fevralda Minskə yüksəksəviyyəli ABŞ diplomatı gəlib, orada Lukaşenko və Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri ilə görüşüb.
Bu, son 5 il ərzində ilk belə qarşılıqlı əlaqədir. Bildirilir ki, ABŞ Dövlət Katibinin müavini Kristofer Smit və daha iki ABŞ məmuru bu səfə
Görüşlərdən sonra onlar Litva ilə sərhəd yaxınlığındakı kəndə yollanıb və həbsdən azad edilən bir amerikalı və iki belaruslu siyasi məhbusu
Smit üç siyasi məhbusun azad edilməsini böyük qələbə və Tramp administrasiyasının "güc yolu ilə sülh" prinsipinə uyğun addım adlandırıb.
Vilnüsdə qərb diplomatları ilə görüş zamanı Smit açıqlayıb ki, Tramp administrasiyası "böyük bir razılaşma" üzərində işləyir.