Trampın malikanəsi antidron silahlarla qorunur

03.11.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahının yaxınlığında hava hücumundan müdafiə sistemləri ilə yanaşı, "LOCUST" anti-dron lazer sistemi də yerləşdirilib.

"Yeni Sabah" War Zone-a (TWZ) istinadla xəbər verir ki, bu nəticə "Getty" fotoqrafı Endryu Harnikin oktyabrın 31-də çəkdiyi şəkillərə əsaslanır.

Fotolarda sahildə yerləşən yüngül zirehli maşına quraşdırılmış ən azı bir "LOCUST" lazer sistemi göstərilir. O, "AN/TWQ-1 Avenger" qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi üzən platformanın yanında yerləşir. pizza mizza


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью