Trampın Maskla münasibətləri korlandı

05.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Mən olmasam, Tramp seçkini uduzardı".

Oxu.Az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask "X" səhifəsində yazıb.

Bununla da o, ABŞ prezidentinin iş adamı barəsindəki son açıqlamalarına cavab verib.

Almaniya kansleri Fridrix Mertslə görüşdə Tramp əvvəllər Maskla yaxşı münasibətləri olduğunu, lakin indi bunun belə olub-olmadığını bilmədiyini deyib.

"Elondan çox məyus oldum, ona çox kömək etmişəm", - Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl Mask Tramp administrasiyasını tərk edib. Bir qədər sonra isə o, ABŞ prezidentinin xərclər və vergi barədə qanun layihəsini sərt şəkildə tənqid edərək, sənədi "iyrənclik" adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью