Trampın memkoini bahalaşdı ABŞ Rusiya prezidentlərinin görüşündən sonra

16.08.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ABŞ Prezidenti Donald Trampın “$TRUMP” memkoininin qiyməti Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşü fonunda 3%-dən çox bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.
Platformanın məlumatına görə, Bakı vaxtı ilə saat 01:10-da bu kriptovalyutanın qiyməti 2,26% artaraq, 9,19 dollar olub. Bakı vaxtı ilə saat 01:50-də isə “TRUMP” memkoininin qiyməti 3,48% artaraq, 9,21 dollara çatıb.
Son 24 saat ərzində memkoinin maksimum qiyməti isə 9,29 dollar olub.
Qeyd edək ki, yanvarın 18-də Tramp öz kriptovalyutası olan ”$TRUMP”ın satışa çıxarıldığını elan edib. Bir gündə memekoinin ticarət həcmi 11 milyard dolları keçib. Daha sonra Trampın həyat yoldaşı Melaniya özünün “$MELANIA” memkoninin buraxıldığını elan edib.
Xatırladaq ki, memkoinlər sosial təcrübə kimi yaradılan kriptovalyutalardır. Onların qiyməti onların əsaslandığı fenomenin populyarlığından asılıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью