Trampın məqsədi Ukrayna deyil Bəs ABŞ lideri nə istəyir? Bolton açıqladı

15.12.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna hərbi xidmət yaşını 18-ə endirməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın sabiq milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

France 24 telekanalına müsahibəsində o, Kiyevin orduya çağırış yaşını 25-dən 18-ə endirməli olduğunu bildirib.

Sərt mövqeyi ilə tanınan Con Bolton bu fikrini daha gənc nəslin də orduya cəlb edilməsinin vacibliyi ilə izah edib.

“Düşünmürəm ki, Donald Trampın motivasiyası ABŞ-ın milli təhlükəsizliyi, NATO və ya Ukraynanın maraqlarıdır. Məncə, o sadəcə Nobel Sülh Mükafatını almaq istəyir. Bu məqsədi hələ birinci prezidentlik dövründən planlaşdırır,” – deyə Bolton vurğulayıb

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью