“Trampın metodları Rusiyanın kursuna uyğun gəlmir”

25.01.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın siyasət aparma üsullarının Rusiyanın çoxqütblü dünyanın formalaşdırılması kursuna uyğun gəlmədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Tramp təcrübəli siyasətçidir və yanaşmalarını biznes prinsiplərinə — sərt, amansız biznesə əsaslandırır… Onun müraciət etdiyi metodlar çoxqütblü dünya ilə bağlı yanaşmalarımızla qətiyyən üst-üstə düşmür”, — deyə nəşr Peskovdan sitat gətirib.
Rusiya Prezidentinin mətbuat katibi əlavə edib ki, Donald Tramp “güc yolu ilə” həllərin tərəfdarıdır.
“Əsas odur ki, biz belə etməyək,” — deyə Kreml nümayəndəsi sözlərini yekunlaşdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью