Trampın mövqeyini Rusiyanın pulları dəyişə bilər | Icma.az
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Reuters” agentliyinin yazdığına görə, belə addımın əsas səbəblərindən biri kimi Tramp Vaşinqtonun Kiyevə hərbi və iqtisadi yardımı ödəməyə davam etmək istəmədiyini göstərir.
O zaman Tramp Avropanın maliyyə dəstəyi ilə, ola bilsin ki, Rusiyanın dondurulmuş valyuta ehtiyatlarından 300 milyard dollar cəlb edərək, münaqişəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə əlverişli şərtlərlə danışıqlar apara biləcəyinə eyham vurmuşdu.
“Bu perspektiv təkcə Ukraynanı deyil, həm də Avropa İttifaqını (Aİ) və Böyük Britaniyanı narahat edir.
Kiyevin mövqeyini zəiflədən razılaşma bütün Avropanın təhlükəsizliyini təhlükə altına qoya bilər.
Lakin analitiklərin fikrincə, Avropa Ukraynaya dəstək üçün əhəmiyyətli vəsait ayırmağa hazır olduğunu şərgiləsə, bu, Trampı öz planlarına yenidən baxmağa vadar edə bilər”, - agentliyin dərc etdiyi materialda bildirilir.
Avropadan gələn iqtisadi dəstək Putinə Qərbin “tükəndirmə” müharibəsini davam etdirməyə hazır olduğunu və uzun sürən münaqişəyə rəğmən, Ukraynanın cəbhə xəttini saxlamağa qadir olduğunu göstərə bilər.
Mümkün maliyyələşdirmə variantlarından biri Rusiyanın dondurulmuş aktivlərinin istifadəsidir.
Tam oxu
Xəbəri oxu