Trampın müşaviri: ABŞ əsgərləri heç bir formada Suriyada olmamalıdır

23.12.2024

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerika hərbçiləri Suriyada olmamalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uols məlumat verib.

“Seçilmiş prezident Donald  Tramp tamamilə haqlıdır. Onun xalqın böyük səs çoxluğunu qazanan mandatı: “Bizi Yaxın Şərq müharibələrinə sürükləməyin” deməsinə imkan verir . Biz heç bir formada, formada və ya sayda ABŞ qoşunlarının Suriya ətrafında dolaşmasını istəmirik”, - deyə o, jurnalist Ben Şapiroya müsahibəsində bildirib.

Suriyanın şərqində və şimal-şərqində ABŞ qüvvələri neft yataqları yaxınlığındakı bazalarda yerləşdirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью