Trampın müşaviri istefa verib? Yenilənib

01.05.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq tutduqları vəzifələrdən azad ediliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

***

“Axios”un müxbiri Barak Ravid iddia edir ki, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri hələ istefaya getməyib:

“ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts yaxın günlərdə vəzifəsini tərk edə bilər. Ağ Evin yüksək rütbəli rəsmisi mənə dedi ki, o, tutduğu vəzifədən hələ də istefa verməyib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью