Trampın NATO dan çıxmaqla hədələməsindən sonra Rutte ABŞ yə gedir

02.04.2026

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


NATO-nun baş katibi Mark Rutte gələn həftə ABŞ-yə gedəcək.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun xüsusi nümayəndəsi Alison Hart məlumat yayıb.
Onun sözlərinə görə, NATO baş katibinin səfəri İranda müharibə başlayandan bəri ilk səfər olacaq.
Hart həmçinin, səfərin çoxdan planlaşdırıldığını əlavə edib.
Digər tərəfdən, Ruttenin səfəri ABŞ Prezidenti Donald Trampın blokun İranla müharibəyə girməkdən imtina etməsindən sonra ABŞ-nin NATO-ya üzvlüyünün bütün aspektlərini nəzərdən keçirmək niyyətində olduğu barədə xəbərlərdən sonra elan edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью