Trampın NATO nun Ankara Zirvəsində iştirak edəcəyi dəqiqləşdi

04.06.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İyulun 7-8-də Ankarada keçiriləcək NATO Sammitində ABŞ prezidenti Donald Trampın da iştirak edəcəyi dəqiqləşib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Prezident Tramp NATO-nun dövlət başçılarının növbəti toplantısında şəxsən iştirak edəcək”, - deyə Rubio vurğulayıb.

O əlavə edib ki, iyulda Türkiyədə keçiriləcək növbəti toplantı yəqin ki, NATO tarixinin ən mühüm toplantısı olacaq.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью