Trampın nəhəng qızıl heykəli quraşdırılacaq

04.02.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayamidə Donald Trampın nəhəng qızıl heykəli quraşdırılacaq.

Milli.Az-ın məlumatına görə, bu barədə Independent nəşri xəbər verir.

Trampın təxminən 4.5 metr hündürlüyündə olan heykəli bürüncdən hazırlanıb və üzəri yarpaq qızılla örtülüb. Heykəl ABŞ-nin Florida ştatının cənubunda, Doral şəhərində yerləşən Trump National Doral qolf kurortunda altı metrlik postament üzərində ucaldılacaq.

Abidənin müəllifi Alan Kottrelldir. O, bu heykəli $PATRIOT adlı memkoini təşviq edən kriptoinvestorların sifarişi ilə hazırlayıb.

Hazırda Kottrell ödənişlə bağlı davam edən mübahisə səbəbindən heykəli Ohayo ştatındakı tökmə zavodunda saxlayır. Heykəltəraş vəd edilən 150 000 dollardan cəmi 60 000 dollar aldığını bildirir. O, həmçinin kriptoinvestorların onun işinin təsvirindən memkoinin tanıdılması üçün qanunsuz şəkildə istifadə etdiklərini iddia edir.

Ayxan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью