Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər POLİTOLOQ

27.10.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin baş naziri Binyamin Netanyahu İranın və onun dəstəklədiyi qruplaşmaların oktyabrın 27-də keçiriləcək seçkilərə müdaxilə edə biləcəyi barədə xəbərdarlıq edib.

Avtosfer.az xəbər verir ki, Netanyahu oktyabrın 25-də ofisinin yaydığı videomüraciətdə bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, İran və onun dəstəklədiyi qüvvələr seçkiləri pozmaq məqsədilə hücumlar təşkil edə bilər.

Baş nazir Tehrana müraciət edərək İsrailə qarşı belə addımların ağır cavabla nəticələnəcəyini vurğulayıb: “Bizi sınağa çəkməyin. Sizə qeyri-mütənasib zərbələr endiriləcək”.

ABŞ prezidenti Donald Tramp da oktyabrın 25-də Netanyahuya dəstəyini ifadə edib. O, İsrail vətəndaşlarını baş nazirə səs verməyə çağıraraq onu “görkəmli döyüşçü” adlandırıb.

Donald Trampın israilliləri Netanyahuya səs verməyə çağırması ABŞ-nin İsrailin daxili siyasətinə təsir imkanları və Vaşinqtonun regiondakı strategiyası baxımından hansı siyasi mesajları verir?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu bildirib ki, Donald Trampın İsrail seçkilərində Benyamin Netanyahuya səs verməyə çağırmasının əks nəticəsi də ola bilər:

“Çünki biz bunu Braziliyada gördük. Braziliyada Netanyahu müxalifətin lideri Bolsonaro dəstəkləyirdi və birinci turda Bolsonaro indiki prezident Lula üzərində qələbə çalmışdı. Amma ikinci turda Bolsonaro Lulaya məğlub oldu. Yəni bunu Trampın Bolsonaronu dəstəkləməsi ilə əlaqələndirənlər də oldu və bu, Braziliya tarixində ilk dəfə idi ki, ikinci turda birinci turda məğlub olan şəxs prezident seçildi. İndi eynilə İsraildə bu hadisə təkrarlana bilər. Yəni Trampın Netanyahunu dəstəkləməsinin Netanyahoya əlavə səs qazandıracağını söyləmək çətindir, əksinə, Netanyahu səs itirə bilər. Ona görə bu dəstəyin, belə deyək də, heç bir təsiri olmaya da bilər. Netanyahunun rəqibləri də sağ mühafizəkarlardır. Yəni böyük ehtimalla Netanyahu məğlub olsa belə, yeni baş nazirin də xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliklər olmaya bilər, xüsusilə də Fələstin məsələsində”.

Türkan Ülvi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью