Trampın Nobel Sülh Mükafatına namizədliyi üçün imza toplanır

19.10.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Nümayəndələr Palatasının və Knessetin (İsrail parlamenti) spikerləri Mayk Conson və Amir Ohana ABŞ Prezidenti Donald Trampın 2026-cı il Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək üçün bütün dünya üzrə həmkarlarından imza toplayır.

Axar.az xəbər verir ki, bu barədə "Foks Nyus" telekanalı məlumat yayıb.

"Mən Trampın Nobel Sülh Mükafatına layiq olduğuna inanıram. Əslində, Knesset spikeri Ohana və mən prezident Trampı növbəti sülh mükafatına namizəd göstərmək üçün azad dünyanın digər spikerləri və parlament rəhbərlərindən mümkün qədər çox imza toplamaq üçün birləşdik. O, buna hamıdan çox layiqdir", - Conson müsahibəsində deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью